Kəklikotu

  • Flora

Kəklikotunun əsasən, təzə yarpaqlarından istifadə edilir. Qurudulmuş halda da istifadə etmək olar. Xoş qoxulu və bir az acıdı. Ən yaxşı və keyfiyyətli variantı çox təsirli olur. 

Kəklik otunu tamat souslarında, qızardılmış meyvələrdə və ətlərdə istifadə edilir. İtalyan yeməklərinin demək olar ki, bütün menyularında yer alır. ən çox istifadə edildiyi yemək isə pizzadır. Sarımsaq və qatıqla qarışdırıb dadlı sous hazırlamaq olar. 

Kəklikotunun bir çox faydaları vardır. Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır. Soyuqdəyməyə qarşı faydalıdır. 


Ardı →

Kartofun faydaları

  • Flora
kartofKartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki və nektar təbiətli bitki sayılır. Kartofun kök yumrularının tərkibində insan orqanizmi üçün lazım olan zəngin bioloji aktiv maddələr var. 
Kartofda C vitamini çox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər kartofda olan C vitamini orqanizmin bu vitaminə olan gündəlik tələbatını ödəyir.Lakin kartofu çox saxladıqda C vitamini getdikcə azalır. 

Kartof göz yorğunluğu üçün də faydalıdı. Yazı yazanda,kompüterdə uzun müddət işlədikdə göz qapaqlarında əmələ gələn yorğunluğu və şişləri aradan qaldırmaq üçün kartofdan hazırlanan məlhəmdən istifadə etməyi məsləhət görürlər. Bunun üçün çiy kartofu götürüb soyun.
Sonra sürtkəcdən keçirib alınan kütləni kündə halına salıb tənzifə bükün və göz qapaqlarının üzərinə qoyub 15-20 dəqiqə saxlayın.
Qısa bir zamanda göz qapaqlarında əmələ gələn şiş və yorğunluq heç bir iz qoymadan keçib gedəcəkdir.

 Kartofdan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə etmək də müsbət nəticə verir. Belə ki, yanğı hissi, qastrit, mədə xorası, hipertoniya üçün 2-3 ədəd kartofu yuyun, sürtkəcdən keçirin (qabığı ilə birgə), 5-6 qatlı tənzifin arasına qoyub sıxın. Bu şirəni yeməkdən 30 dəqiqə qabaq 50 — 100 ml olmaqla gündə 3-4 dəfə qəbul edin.


Ardı →